Ərdoğan son tarixi açıqladı


Dünya 16 Okt 2019 22:12:00 257 0

Ərdoğan son tarixi açıqladı

Rusiya istehsalı olan "S-400" zenit raket komplekslərinin Türkiyəyə göndərilməsinin sonuncu mərhələsinin bu ilin noyabr-dekabr aylarında həyata keçirilməsi gözlənilir.

Son.az Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

"Bizə dedilər "Patriot"ları sizə verməyəcəyik. Nə baş verdi? Biz "S-400"ləri aldıq... Tədarüklər həyata keçirilir. Tədarükə dair sonuncu mərhələ dekabrda, bəlkə də, noyabrda həyata keçiriləcək. Biz artıq çarəsiz vəziyyətdə deyilik. Bizə lazım olanı istədiyimiz yerdən alacağıq", - deyə Ərdoğan vurğulayıb.

Xatırladaq ki, sentyabrın 15-i Rusiya "S-400" zenit raket komplekslərinin Türkiyəyə göndərilməsinin ikinci mərhələsini başa çatdırıb.

Sentyabrın əvvəlində isə türkiyəli hərbçilər "S-400" zenit-raket komplekslərinin istifadəsi ilə bağlı Rusiyada təlimlərə başlayıblar.