"Onu doğradım, məncə ölüb..."


Digərləri 16 Okt 2019 21:25:00 223 0

"Onu doğradım, məncə ölüb..."

İngiltərədə özündən 27 yaş kiçik sevgilisini çarpayıya bağlayaraq bıçaqlayıb öldürən qatilin özünü müdafiə etməsi məhkəmə iştirakçılarını təəccübləndirib. 

Son.az Moderator.az-a istinadən xəbər verir ki, 49 yaşlı Jason Farrelin məhkəməsi dünən baş tutub. Köhnə sevgilisinin qızıyla eşq yaşayan Farrel 22 yaşlı sevgilisi Sammy Leni qısqandığı üçün öldürüb.

Gənc qız 49 yaşlı sevgilisiylə danışmaq üçün onun evinə gedib. Evdə baş verən mübahisə zamanı Farrel sevgilisini çarpayıya bağlayaraq mətbəx bıçağıyla onu qətlə yetirib. Hadisədən sonra bir müddət küçədə gəzən adam, geri qayıdaraq törətdiyi cinayəti qonşusuna deyib.    

Məhkəmə prosesində isə qatil deyib ki, sevgilim susmaq bilmirdi, mən də özümü saxlaya bilməyib vurdum. Farrel hadisə yerinə "Onu doğradım, məncə ölüb" sözlərlə yazılı məktub qoyub. 

(adsgarden = window.adsgarden || []).push({});