Leysan yağışları qonşu ölkəyə 50 milyon dollara yaxın ziyan vurub


Dünya 16 Okt 2019 21:30:00 285 0

Leysan yağışları qonşu ölkəyə 50 milyon dollara yaxın ziyan vurub

Son leysan yağışları nəticəsində İranın şimalında yerləşən Gilan vilayətinə 2 trilyon rialdan çox (təxminən 47,7 milyon dollar) ziyan dəyib.

Son.az Trend-ə istinadən bildirir ki, bunu İranın Gilan vilayətinin valisi Arslan Zare deyib.

A.Zarenin sözlərinə görə, vilayətin 14 rayonunun infrastrukturuna, yaşayış və ticarət binalarına, kənd təsərrüfatı sektoruna ciddi ziyan dəyib.

Vali əlavə edib ki, təkcə vilayətin Əmləş rayonunda 15 saat ərzində 250 millilitr yağış düşüb.