Yeni “boşanma cəhdi”


Dünya 16 Okt 2019 21:14:00 223 0

Yeni “boşanma cəhdi”

Şotlandiya gələn il ikinci müstəqillik referendumunu keçirəcək.

Son.az Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, belə bir bəyanatı Şotlandiya Milli Partiyasının (SNP) sədri Nikola Stercen partiyanın Aberdin şəhərində baş tutmuş konqresində deyib.

Stercen çıxışında "referendum gələn il baş tutmalıdır" deyib: "Və biz (buna - red.) hazırlaşırıq. Yeni ilədək artıq qanunvericiliklə bağlı hazırlıqlarımızı tamamlamış olacağıq".

Onun sözlərinə görə, Britaniya hökumətinin Şotlandiya Milli Partiyasının referendum tələbinin qarşısını almaq "hüququ yoxdur".

Xatırladaq ki, Şotlandiyanın Böyük Britaniyadan ayrılmasına dair birinci referendum 2014-cü il sentyabrın 18-də baş tutub. Səs verməyə gələn vətəndaşlardan "Şotlandiya müstəqil ölkə olmalıdırmı" sualına "Bəli" və "Xeyr" cavablarından birini vermək xahiş olunub. "Xeyr" cavabını verənlərin sayı iki milyondan çox, yəni bütün səs verənlərin 55,3 faizini təşkil edib.