Dörd il sonra ayrıldıqlarını təsdiq etdilər


Digərləri 16 Okt 2019 20:34:00 255 0

Dörd il sonra ayrıldıqlarını təsdiq etdilər

Müğənni-aktyor Oğuzhan Koç və aktrisa Yağmur Tanrısevsin dörd illik münasibətlərinə nöqtə qoyublar. 

Son.az "qafqazinfo"ya istinadən xəbər verir ki, cütlük ortaq açıqlama yayaraq mətbuatda yayılan xəbərləri təsdiq edib:

"Ölkə olaraq keçirdiyimiz çətin və həssas günləri düşünərək gündəmi məşğul etməmək üçün səssiz qaldıq. Ancaq münasibətimizin bitmə səbəbi kimi müxtəlif versiyalar irəli sürüldü. Buna görə sonuncu dəfə açıqlama vermək qərarına gəldik. Dörd il əvvəl sevgi ilə başladığımız, bir-birimizə qarşı səhv etmədən başa vurduğumuz münasibəti dost kimi bitirdik. Bu qərarımıza hörmətlə yanaşmağınızı xahiş edirik".

(adsgarden = window.adsgarden || []).push({});