Gəncədə “Kids Fashion Ganja 2019“ layihəsi keçirildi


Digərləri 16 Okt 2019 20:29:00 294 0

Gəncədə “Kids Fashion Ganja 2019“ layihəsi keçirildi

"Star Kids Group MMC" şirkətinin təşkilatçılığı ilə Gəncə şəhərində ilk dəfə olaraq  Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının 1200 nəfərlik böyük zalında möhtəşəm "Kids Fashion Ganja 2019" layihəsi keçirilmişdir.

Son.az xəbər verir ki, "Kids Fashion Ganja 2019" layihəsində 4-14 yaş arasında uşaqlar iştirak etmişlər. Tədbirdə 65 model, 15 modelyer dizaynerin geyim kolleksiyası və tanınmış dünya brendlərinin yeni payız- qış kolleksiyası nümayiş olunmuşdur. İştirak edən modellərin 40 nəfəri qız, 25 nəfəri oğlan modeli təşkil etmişdir. Tədbirdə Azərbaycanın məhşur simaları modelyer-dizaynerlər,xalq artistləri və əməkdar artistlər, başda tanınmış Əməkdar incəsənət xadimi, modelyer- dizayner Fəxriyyə Xələfova iştirak etmişdir.

Tədbirin layihə rəhbəri "Star Kids Group" şirkətinin direktoru Aygün Əliyeva qeyd etdi ki: "Məqsədimiz Azərbaycanda xususi istedada malik olan uşaqların və gənclərin yaradıcılıq potensialını inkişaf etdirməklə yanaşı onların ilk öncə vətənimizdə daha sonra ölkə xaricində tanıtmaqdır".

İnformasiya dəstəyi -  Trend.az, Day.az, Milli.az, Azernews.az

(adsgarden = window.adsgarden || []).push({});