Beynəlxalq Muğam Mərkəzində “Otello əfsanəsi" nümayiş olunub


Digərləri 16 Okt 2019 20:17:58 272 0

Beynəlxalq Muğam Mərkəzində “Otello əfsanəsi" nümayiş olunub

SABAH qruplarının tələbələrinin ifasında U.Şekspirin əsəri əsasında hazırlanmış "Otello əfsanəsi" tamaşası nümayiş olunub.

Bakı. Beynəlxalq Muğam Mərkəzində ADMİU-nun SABAH qruplarının tələbələrinin ifasında U.Şekspirin əsəri əsasında hazırlanmış "Otello əfsanəsi" tamaşası nümayiş olunub. Mərkəzdən Trend-ə verilən məlumata görə, mistik ballada janrında hazırlanan tamaşanın quruluşçu rejissoru Gümrah Ömərdir. Tamaşada SABAH qruplarında IV kurs aktyor sənəti ixtisası üzrə təhsil alan tələbələr Ziya Ağa (Otello), Fidan İsmayılova (Dezdemona), Mətləb Abuşov (Kassio), Toğrul Qasımov (Brabansio), Mirsənan Kazımlı (Yaqo), Gövhər Şabanova (Emilya), Gövhər Fidan (Bianka), Elçin Əmirov (Rodriqo), Tural Kərimov (Hersoq) çıxış ediblər. Qeyd edək ki, “Otello əfsanəsi” Rusiya Teatr Sənəti İnstitutunda keçirilən “QİTİS – ustad dərsi” adlı festivalda “Ən orijinal tamaşa” nominasiyası üzrə mükafata layiq görülüb. (adsgarden = window.adsgarden || []).push({}); Otello rolunun ifaçısı, SABAH tələbəsi Ziya Ağa isə “Ən yaxşı kişi rolunun ifaçısı” nominasiyası üzrə qalib olub. ADMİU SABAH mərkəzinin rəhbəri Böyükxanım Məmmədbəyova, kursun rəhbəri dosent Fikrət Məlikovdur. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin