Shinshan Red Bull Dance Your Style tarixində ilk Dünya çempionu


Digərləri 16 Okt 2019 19:39:00 345 0

Shinshan  Red Bull Dance Your Style tarixində ilk Dünya çempionu

Beynəlxalq küçə rəqsləri yarışması Red Bull Dance Your Style öz tarixində ilk dəfə dünya çempionunu seçdi. Bu, hollandiyalı Shinshan oldu.

Son.az xəbər verir ki, 12 oktyabr, Parisdə baş tutmuş Red Bull Dance Your Style Dünya finalında Shinshan, bütün dünyadan seçilmiş 16 ən yaxşı küçə rəqqasına qalib gələrək, birinci yerə çıxdı.

Tarixi La Grande Halle de la Villette-də keçirilən Red Bull Dance Your Style Dünya finalı, bir il ərzində 29 ölkədə keçirilmiş 65 tədbirdən ibarət rəqs mübarizələrinin kulminasiya nöqtəsi oldu. Red Bull Dance Your Style ilk dəfə olaraq unikal bir səs vermə üsulundan istifadə etdi; münsiflər rolunda olan tamaşaçılar, qırmızı və ya mavi rəngi seçərək səs verib rəqs meydançasının "qalibini" müəyyən ediblər.

Bir çox milli müsabiqələrdən keçərək, 32 ölkənin qalibləri Dünya finalından öncə də 2 mübarizədə iştirak edərək, 8-nəfərlik dəvət olunmuş heyətə qoşulublar.

Dünya finalı səhnəsində iştirak edən, 16 ən yaxşı rəqqaslar sırasına daxildir:

DELANOTCHÉ (Belçika); Mavinga (Belçika) Lment (Kuba) Jaja (Çex Respublikası) Kriss (Çex Respublikası) Blondy (Fransa) Mel's (Fransa) Salah (Fransa) Tonini (İtaliya)

MAiKA (Yaponiya) Bogdan the Flava (Qazaxstan); Vovan (Rusiya); Tebza (Cənubi Afrika);  Angyil (ABŞ);  Kofi (Birləşmiş Krallıq).

Dance Your Style Dünya finalında Azərbaycanı Rayman təmsil edib. O, ilk yarımfinalda Kofi ilə mübarizəsində məğlub oldu. Lakin çıxışı çox möhtəşəm idi və o, Azərbaycanı belə bir beynəlxalq yarışmada təmsil etdiyi üçün fəxr edir. Dünya finalından sonra Rayman ilə kiçik bir müsahibə etdik. O, çox həvəslidir və ideya, fikirlərini Azərbaycanın bütün rəqqasları ilə bölüşmək istəyir. O, həmçinin, burada küçə rəqsləri mədəniyyətinin inkişaf edəcəyinə və gec ya tez bizim rəqqasların da adlarının bütün dünyada tanınacağına ümid edir. "Red Bull Dance Your Style-da iştirak mənim üçün çox böyük bir təcrübədir. Çox yeniliklər öyrəndim və öyrəndiklərimi digərləri ilə bölüşərək, çox böyük nailiyyətlər qazana bilərik."

(adsgarden = window.adsgarden || []).push({});