UNICEF: dünyada hər üç uşaqdan biri...


Dünya 16 Okt 2019 19:24:00 341 0

UNICEF: dünyada hər üç uşaqdan biri...

Dünyada beş yaşınadək olan hər üç uşaqdan biri, yəni cəmi 200 milyon azyaşlı ya doyunca qidalanmır, yaxud da artıq çəkidən əziyyət çəkir.

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə BMT-nin Uşaq Fondunun (UNICEF) uşaqların qidalanmasına və sağlamlığına həsr olunan məruzəsində bildirilir.

Məruzədə deyilir ki, 6 aydan 2 yaşadək hər üç uşaqdan ikisinin rasionu sağlam qida normalarına uyğun gəlmir. Həmin uşaqlar onların boylarının artması və inkişafı üçün zəruri olan bəsləyici maddələri doyunca qəbul etmirlər. Bu, zəif immunitet, infeksiyalara yüksək həssaslıq, təlimin aşağı səviyyəsi və intellektual inkişafın ləngiməsi kimi problemlərə gətirib çıxara bilər.

"Son onilliklərin texnoloji, mədəni və sosial tərəqqisinə baxmayaraq, biz çox sadə həqiqət barədə unutmuşuq: əgər uşaqlar pis qidalanırsa, deməli pis yaşayır. Milyonlarla uşağın qidalanma rejimi çox pisdir, onların sadəcə, başqa seçimləri yoxdur", - deyə UNICEF-in başçısı Genrietta For bildirir.

"Biz doyunca qidalanmamaya qarşı öz münasibətimizi dəyişməliyik: iş təkcə uşaqların nə qədər yeməyində deyil, həm də nə ilə qidalanmasındadır", - deyə For əlavə edib.

Məruzədəki göstəricilərə görə, doyunca yeməmək səbəbindən dünyada 5 yaşından aşağı olan təqribən 150 milyon uşaq yetərsiz boy artımından, 50 milyonu isə çəki azlığından əziyyət çəkirlər. Bununla yanaşı, bu yaş qrupunda olan 40 milyon uşaq pis, tarazlaşdırılmamış qidalanma ucbatından artıq çəkidən əziyyət çəkir.

Ekspertlər qeyd edirlər ki, qidalanma ilə problemlər körpənin ilk aylarından başlayır. Belə ki, yenidoğulanların yalnız 42 faizi ana südü ilə qidalanır. Orta gəlirdən yuxarı səviyyəli olan Braziliya, Çin və Türkiyə kimi ölkələrdə uşaqlar üçün südlü sıyıqların satışı son 5 ildə 72 faiz artıb.

(adsgarden = window.adsgarden || []).push({});