Bu ölkədə dəhşətli zəlzələ baş verdi


Dünya 16 Okt 2019 18:44:00 239 0

Bu ölkədə dəhşətli zəlzələ baş verdi

Filippin adalarında zəlzələ olub.

Son.az Publika.az-a istinadən xəbər verir ki, Bulatukan şəhərinin 7 km yaxınlığında 6,5 bal gücündə yeraltı təkanlar qeydə alınıb.

Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin xəbərinə görə, yerli vaxtla 19:37-də baş verən zəlzələnin episentri yerin 40 km dərinliyində olub.

Zəlzələdən sonra Sakit Okean Sunami Mərkəzi sunami xəbərdarlığı edib. Xəbərdarlıq daha sonra ləvğ olunub.