Azərbaycanlı qadınları Türkiyədə cinsi istismara məruz qoyan Arifə ilə bağlı


Kriminal 16 Okt 2019 18:49:00 350 0

Azərbaycanlı qadınları Türkiyədə cinsi istismara məruz qoyan Arifə ilə bağlı

Ali Məhkəmədə azərbaycanlı qadınları Türkiyədə cinsi istismara məruz qoymaqda ittiham olunan Arifə Abaszadənin kassasiya şikayətinə baxılıb. 

Son.az Oxu.az-a istinadən xəbər verir ki, hakim Gülzar Rzayevanın sədrliyi ilə keçirilən iclasda qərar elan olunub. 

Qərara əsasən, qadının kassasiya şikayəti təmin edilməyib. 

İttiham aktına əsasən, A.Abaszadə Azərbaycan vətəndaşı olan qadınları aldadaraq Türkiyəyə aparıb. O, qadınları Türkiyədə dayə, xadimə və digər bu kimi işlərlə təmin edəcəyinə vəd verib.

Lakin qadınları otellərə yerləşdirəndən sonra onların ümumvətəndaşlıq sənədlərini əllərindən alıb. Sonra da qadınları ayrı-ayrı ünvanlarda pul müqabilində kişi müştərilərlə görüşdürüb.

Zərərçəkmiş qadınlar Azərbaycana qayıtdıqdan sonra Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinə müraciət ediblər.

Zərərçəkmişlərin şikayəti əsasında A.Abaszadənin barəsində Cinayət Məcəlləsinin 144-1.1-ci (insan alveri, yəni şəxsin alqı-satqısı və ya ona sahibliklə əlaqədar digər əqdlərin bağlanması, yaxud onun istismar edilməsi məqsədilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün və ya eyni məqsədlə digər şəxslərə verilməsi üçün cəlb edilməsi, əldə edilməsi, saxlanılması, gizlədilməsi, daşınması, verilməsi və ya qəbul edilməsi) maddəsi ilə cinayət işi başlanıb.