Ərdoğan: "Ankaranı sanksiyalarla qorxutmaq mümkün deyil"


Dünya 16 Okt 2019 18:24:00 305 0

Ərdoğan: "Ankaranı sanksiyalarla qorxutmaq mümkün deyil"

Suriyadakı antiterror əməliyyatına görə Türkiyəyə qarşı sanksiya tətbiq etmək niyyətində olan ölkələr bilməlidir ki, Ankaranı bununla qorxutmaq mümkün deyil.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O bildirib ki, Türkiyə sanksiyalardan əziyyət çəkməyəcək.

"Bəzi ölkələr Ankaraya terrorçularla danışıqlar masasına oturmağı təklif edir. Türkiyə terrorçularla danışıqlar masasına oturmayacaq!"

R.T.Ərdoğan əlavə edib ki, Türkiyənin bu çağırışı edən ölkələrdən fərqli olaraq bu cür təcrübəsi yoxdur.