Kiyevdə gənc azərbaycanlının qətlinin yeni


Kriminal 16 Okt 2019 17:54:00 241 0

Kiyevdə gənc azərbaycanlının qətlinin yeni

Ukraynada öldürülən azərbaycanlı tələbə ilə bağlı yeni təfərrüatlar ortaya çıxıb.

Son.az xəbər verir ki, hadisə ilə bağlı Lent.az-a açıqlama verən Azərbaycanın Ukraynadakı diasporunun rəhbəri Hikmət Cavadov qətllə bağlı bir sıra detalların üstünü açıb:

"Hadisəni törətdiyi deyilən şəxs mərhum Cavid Hacıyevlə birinci kursda eyni qrupda oxuyub. Sonradan o, universitetdən qovulub. Buna baxmayaraq, onların araları yaxşı olub, daim münasibət qurublar. Şübhəli bilinən şəxs Almaniyadan Ukraynaya gəlib və Cavid Hacıyevlə bir mənzildə kirayədə yaşayıblar. Məhz bundan 2-3 gün sonra da otaqda gəncin nəşi tapıldı.

Qətlin kim tərəfindən törədilməsi ilə bağlı dəqiq məlumat yoxdur. Ancaq mərhum Cavid Hacıyevin nəşi tapılana qədər şübhəli bilinən şəxs Ukrayna sərhədindən Moldovaya qaçıb. Bu da onun qatil olması ilə bağlı mərhumun ailəsinin irəli sürdüyü ittihamları daha da gücləndirir.

Hazırda hüquq-mühafizə orqanları faktla bağlı araşdırmalar aparır. Cinayətin motivləri hələ də bəlli deyil".

Hikmət Cavadov baş verən hadisə ilə bağlı Azərbaycan mediasına dərhal məlumat verilməməsinin səbəbini də açıqlayıb:

"Özümüz hadisə ilə bağlı Azərbaycan mediasına məlumat vermədik. Çünki mərhumun ailə üzvləri yaxınlarının ölümü ilə barışmayıb intihar edə bilərdilər. Ancaq meyitin tapıldığı gün Kiyev polisindən mərhumun anasına məlumat verilmişdi və o, hadisə yerinə gəlmişdi.

Bu hadisə ilə bağlı Azərbaycan Prokurorluğundan verilən notaya gəldikdə isə... Məncə, buna ehtiyac yox idi. Onsuz da baş verən hadisə ilə bağlı hüquq-mühafizə orqanları aidiyyəti üzrə addımlar atmalıdır və atır".