Tramp: "Kürdlərlə vuruşmaq türklər üçün nahar kimidir"


Dünya 16 Okt 2019 17:59:00 287 0

Tramp: "Kürdlərlə vuruşmaq türklər üçün nahar kimidir"

Onlar PKK ilə illərdir, əsrlərdir vuruşurlar. Kürdlərlə vuruşmaq türklər üçün adi insanların nahara getməsi kimi bir şeydir.

Son.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp Türkiyənin PKK/PYD terror təşkilatına qarşı həyata keçirdiyi "Sülh çeşməsi" əməliyyatına münasibət bildirərkən deyib.

FOKS TV-yə telefonla bağlanan Tramp Türkiyənin qısa bir müddətdə böyük bir ərazini PKK/YPG-dən təmizləməsinə təəccübünü gizlədə bilməyib.