Dani Alves: "Paris irqçilərin şəhəridir"


İdman 16 Okt 2019 18:00:00 330 0

Dani Alves: "Paris irqçilərin şəhəridir"

PSG-nin sabiq futbolçusu Dani Alves irqçiliklə bağlı danışıb.

Goal.az xəbər verir ki, Alves Parisi irqçi şəhər adlandırıb. O, bu şəhərin küçələrində daim irqçilərlə rastlaşdığını bildirib:

"Paris mənim xoşuma gəlmir. Orda xeyli stress yaşadım. Əgər siz bu şəhərdə bir həftə qalsanız, bu, sizə bütün ömrünüz boyu bəs edəcək. Bu şəhər sizin əsəblərinizlə oynayır, bütün gücünüzü alır. Paris tamamilə irqçilərin şəhəridir. Düzdür, mənə qarşı heç nə etməyiblər. Amma dostlarımla necə davrandıqlarını görürdüm. Barselona və Sevilyada isə əksinədir. Orda insanlar braziliyalılara bənzəyirlər. Onlar şəndirlər, pozitiv enerji yayırlar. Mən belə insanları xoşlayıram”.