Minskdə beynəlxalq yüklərin daşınması üçün dəmir yollarının tarif siyasəti müzakirə olunur (FOTO)


Digərləri 16 Okt 2019 17:43:00 341 0

Minskdə beynəlxalq yüklərin daşınması üçün dəmir yollarının tarif siyasəti müzakirə olunur (FOTO)

Minskdə MDB və Baltikyanı ölkələrin Dəmir Yolu Nəqliyyatı Şurasının 71-ci iclası keçirilir.

Bakı. Minskdə MDB və Baltikyanı ölkələrin Dəmir Yolu Nəqliyyatı Şurasının 71-ci iclası keçirilir. İclasda “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti də iştirak edir. QSC-dən Trend-ə verilən məlumata görə, tədbirdə Şuranın 70-ci iclasının qərarlarının həyata keçirilməsi və 2019-cu ilin 9 ayı ərzində dəmir yolu şəbəkəsinin istismar işlərinin yekunları, 2019-cu ilin 8 ayı ərzində beynəlxalq sərnişin daşımada görülən işlərin nəticələri, 2019-2020-ci illər üçün qatarların hərəkət cədvəlinin tərtibinin yekunları, yük qatarlarının və konteynerli vaqonların tərtib edilməsi planı, 2019-cu ilin may ayında keçirilən yük qatarlarının siyahıyaalınmasının nəticələri, 2019-cu ilin 8 ayı ərzində dəmir yolu administrasiyaları arasında qarşılıqlı hesablaşmaların vəziyyəti, İran İslam Respublikası dəmir yolu administrasiyasına assosiasiya üzvü statusunun verilməsi, 2020-ci fraxt ili üçün beynəlxalq istiqamətdə yüklərin daşınması üçün dəmir yollarının tarif siyasəti, Dəmir yolu administrasiyalarının elmi-tədqiqat və praktiki-layihələndirmə işləri planı müzakirə olunur. Eyni zamanda, iclas iştirakçıları 2020-ci il üçün Şura müdiriyyətinin fəaliyyətinin təmin edilməsinə dair xərclər smetası, “Rusiya Dəmir Yolları” ASC-nin filialı olan Baş Hesablama Mərkəzinin xərclərinin əvəz edilməsi də daxil olmaqla, dəmir yolu administrasiyalarının Məlumat-Hesablama Mərkəzlərinin fəaliyyətinin təmin edilməsinə dair 2020-ci il üçün xərclər smetası, 2020-ci ildə “Fəxri dəmiryolçu” döş nişanının paylaşdırılması, Şuranın 72-ci iclasının tarixi, keçirilmə yeri və gündəliyi və digər məsələlərə öz münasibətlərini bildirəcəklər. İclasın sonunda yekun protokolu imzalanacaq. (adsgarden = window.adsgarden || []).push({}); Qeyd edək ki, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti 1992-ci ildən MDB və Baltikyanı ölkələrin Dəmir Yolları Nəqliyyatı Şurasının üzvüdür. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin