“Onları gürzə kimi çalaram, xəbərləri də olmaz” Manaf Ağayev


Şou-biznes 16 Okt 2019 17:39:00 372 0

“Onları gürzə kimi çalaram, xəbərləri də olmaz”  Manaf Ağayev

"Damla-damla hörmət yığmışam. Bakı balaca kənddir. Hamı-hamını yaxşı tanıyır: kim necə kişidir, necə ailəsi var. Oğlanlarım, qızım, bacım, qardaşım var. Onlar baxır, stress keçirirlər".

Son.az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri "Şou ATV" proqramında müğənni Manaf Ağayev deyib.

İfaçı sosial şəbəkədə onun ünvanına təhqir yazanlara cavab verib:

"Həyatda kişi kimi yaşamalıyıq. Kimsə başqasını təhqir edirsə, cavabsız qalırsa, onu kişi saymıram. Kimsə xətrimə dəyərsə, ailəm haqda nəsə yazarsa, onu bağışlamaram. Adam fikirləşir ki, əlindən xəta çıxar, amma adamı boğaza yığırlar. Onları gürzə ilanı kimi çalaram, xəbərləri də olmaz".

(adsgarden = window.adsgarden || []).push({});