Siyahıyaalmadan kənarda qalan şəxslər üçün


Digərləri 16 Okt 2019 17:19:00 272 0

Siyahıyaalmadan kənarda qalan şəxslər üçün

Dövlət Statistika Komitəsi oktyabrın 1-dən 10-a qədər Azərbaycanda həyata keçirilən əhalinin siyahıyaalınması ilə bağlı əhaliyə müraciət edib.

Son.az Trend-ə istinadən bildirir ki, komitə siyahıyaalınmadan kənarda qalmış əhalini qaynar xəttə müraciət etməyə çağırıb:

"Komitə siyahıyaalmadan kənarda qalmış şəxslərə bir daha müraciət edərək cari ilin oktyabr ayının 1-dən etibarən fəaliyyət göstərən "Qaynar xətt mərkəzi"nə (012) 510-07-89, 539-54-44, 539-80-44 nömrəli telefonlar vasitəsilə məlumat vermələrini xahiş edir".