Fatma Mahmudovanın ayağına nə olub?


Şou-biznes 16 Okt 2019 16:45:00 313 0

Fatma Mahmudovanın ayağına nə olub?

Xalq artisti Fatma Mahmudova iki dəfə ağır əməliyyat keçirib. 

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, buna səbəb aktrisanın ayağının sınması olub. 

O,  "Zaurla Günaydın" proqramında deyib ki, səhhətindəki nasazlıq bir ildir davam edir: "Ayağım ötən il sınmışdı, ağır əməliyyat keçirmişdim. Amma heç kəsə demirdim. İkinci dəfə də əməliyyat olundum. Ankarada baş tutdu.

3-4 gün sonra "Bankir adaxlı" tamaşasında oynadım. Heç vaxt özümü yatağa vurmadım, seriala çəkildim. İnsanıq, yıxıldıq. Qəza da olmuşdu. "Maşın"da da ayağım çox şişmişdi. Dözdüm, mən dözümlü insanam".