Barcelona - Real matçının yeri dəyişdirilə bilər


İdman 16 Okt 2019 16:46:00 368 0

Barcelona - Real matçının yeri dəyişdirilə bilər

İspaniya La Liqasının X turunda keçirilməli olan Barcelona - Real oyunu ilə bağlı dəyişiklik edilə bilər.

Goal.az-ın məlumatına görə, buna səbəb Kataloniyada baş verən etirazlardı.

Məsələ burasındadı ki, siyasi məsələlər üzündən Kataloniyada etiraz aksiyaları keçirilir, yollar bağlatdırılır. Bu səbəbdən İspaniya Futbol Federasiyası "El Klasiko"nu Madridə salmaq variantını nəzərdən keçirir. Belə olarsa, ilk oyun "Santyaqo Bernabeu"da, II dövrənin matçı isə "Nou Kamp"da keçiriləcək.

Qeyd edək ki, Barcelona - Real oyunu oktyabrın 26-da keçiriləcək.