Polisi döyən deputat 792 manat cərimələndi,


Dünya 16 Okt 2019 16:22:00 292 0

Polisi döyən deputat 792 manat cərimələndi,

Rusiyanın Yakutiya əyalətində deputat polis əməkdaşını bellə döydüyünə görə vəzifəsindən kənarlaşdırılıb.

Son.az avtosfer.az-a istinadla xəbər verir ki, hadisə bu ilin iyun ayında "Isıax" milli bayramı zamanı baş verib.

Bu barədə "TASS" məlumat yayıb.

Məlumata görə, hüquq-mühafizə orqanı əməkdaşı bayram zamanı, sərxoş vəziyyətdə olan deputatın həyat yoldaşı ilə mübahisə edərək onu itələdiyini görüb və ondan bu hərəkətini dayandırmasını tələb edib. Bundan sonra deputat qaçaraq gizlənməyə çalışıb. Ancaq asayiş keşikçisinin arxasınca gəldiyini görən sərxoş deputat, beli götürərək polisə bir neçə dəfə zərbə endirib.