Betonqarışdıran avtomobil qaz xəttinə dəydi - 70 ev qazsız qaldı


Digərləri 16 Okt 2019 16:36:55 276 0

Betonqarışdıran avtomobil qaz xəttinə dəydi - 70 ev qazsız qaldı

Bu gün günorta saatlarında Ağsu şəhəri H.Aslanov küçəsində betonqarışdıran avtomobil ilə 76 mm diametrində olan qaz kəmərini vurub qırıblar.

Bakı. Samir Əli - Bu gün günorta saatlarında Ağsu şəhəri H.Aslanov küçəsində betonqarışdıran avtomobil ilə 76 mm diametrində olan qaz kəmərini vurub qırıblar. “Azəriqaz” İstehsalat Birliyindən Trend-ə verilən məlumata görə, nəticədə abonentlərə məxsus 3 ədəd smart-kart tipli qaz sayğacı tamamilə yararsız vəziyyətə düşüb. 70-ə yaxın evin qaz təchizatının dayandırıldığı bildirilir. Birlikdən verilən məlumata görə, artıq bərpa işlərinə başlanılıb. İşlərin tez bir zamanda başa çatdırılması planlaşdırılır.