Son dövrdə 220-dək cinayətkar Azərbaycana ekstradisiya edilib


Digərləri 16 Okt 2019 16:23:00 303 0

Son dövrdə 220-dək cinayətkar Azərbaycana ekstradisiya edilib

Beynəlxalq sənədlərə əsasən həyata keçirilən əməkdaşlıq çərçivəsində son dövrdə 220-dək cinayətkar şəxslərin Azərbaycana ekstradisiya edilməsinə nail olunub.

Bakı. Samir Əli - Beynəlxalq sənədlərə əsasən həyata keçirilən əməkdaşlıq çərçivəsində son dövrdə 220-dək cinayətkar şəxslərin Azərbaycana ekstradisiya edilməsinə nail olunub. Ədliyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, nazirlik tərəfindən cinayət törətmiş şəxslərin təslim edilməsinə – ekstradisiyasına dair bir sıra dövlətlərlə müqavilələr bağlanılıb, habelə MDB çərçivəsində müvafiq konvensiyalar üzrə əməkdaşlıq edilir. Eyni zamanda, Azərbaycan 50 dövlət tərəfindən ratifikasiya olunmuş "Ekstradisiya haqqında" 1957-ci il tarixli Avropa Konvensiyasının iştirakçısı olmaqla Ədliyyə Nazirliyi tərəfindən səlahiyyətli qurum kimi həmin dövlətlərlə səmərəli əməkdaşlıq edir.