MDBnin ən böyük bilet axtarışı saytı "Aviasales" artıq Azərbaycanda


Digərləri 16 Okt 2019 14:55:00 234 0

MDBnin ən böyük bilet axtarışı saytı "Aviasales" artıq Azərbaycanda

"Avisales" xidməti azərbaycanlı səyahətçilərə biletlərin qiymətlərini müqayisə edib ən əlverişli təklifli seçməyə imkan yaradacaq.

Aviasales.com ünvanında istifadəçilərə biletlərin qiyməti manatla göstəriləcək.

Saytda AZAL hava yollarının və daha onlarla avia daşıyıcının təklifləri toplanıb. Bu o deməkdir ki, istifadəçi bir pəncrədə bütün qiymətləri müqayisə edə biləcək və özünə ən uyğun təklifi seçəcək. Ödəniş bilavasitə daşıyıcının və ya agentliyin saytında bəzən isə saytın öz interfeysində həyata keçiriləcək.

"Avisales"ın yeni istiqamətlərin inkişafı üzrə direktoru Yaroslav Stepanyuk bildirib - "Heydər Əliyev Beynəlxalq Hava Limanının məlumatına görə, 2019-cu ilin ilk 8 ayı ərzində buradan uçuş edən sərnişinlərin sayı keçən ilə nisbətən 5,2% artıb. Bu məlumat bizim üçün bazarın potensialı haqda bir siqnal oldu və biz xidmətimizi Azərbaycan üçün də uyğunlaşdırmaq qərarı verdik. Artıq yerli turizm ekspertlərindən ibarət olan komandamızı toplamışıq".

"Aviasales"ın statistikasına əsasən, azərbaycanlı istifadəçilər daha çox Rusya, Türkiyə, Ukrayna, Birləşmiş Ərəb Əmirlikləri və Gürcüstan kimi istiqamətlərə bilet axtarır. Əlbəttə, Fici kimi ekzotik istiqamətlərə də axtarışlara rast gəlinir. Yaroslav Stepanyuk əlavə edir ki, - "Azərbaycam pasportlarında xarici ştampların sayı artır və biletlərin qiymətlərini müqayisə etməkdə yardımçı olan "Aviasales" kimi xidmət çox yerinə düşər".

Azərbaycan üçün uyğunlaşdırılan xidmətlərimiz arasına bu yaxında "Ucuz qiymət təqvimi" əlavə olunacaq.

(adsgarden = window.adsgarden || []).push({});