Sumqayıtda Lənkəran sakinləri narkotiklə tutuldular


Digərləri 16 Okt 2019 15:41:00 270 0

Sumqayıtda Lənkəran sakinləri narkotiklə tutuldular

Sumqayıtda keçmiş məhkumlardan narkotik vasitə götürülüb.

Daxili İşlər Nazirliyindən Son.az-a verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının əldə edilən məlumat əsasında Sumqayıt şəhəri ərazisində keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Lənkəran rayon sakinləri, əvəllər məhkum olunmuşlar - M.Cəfərov və Ş.Əliyev saxlanılıb.

Şəxsi axtarış zamanı M.Cəfərovdan 105 qrama yaxın, Ş.Əliyevdən isə 50 qramdan artıq heroin aşkar edilərək götürülüb.