Nehrəmdə avtomobillə vurulan piyada xəstəxanada öldü


Digərləri 16 Okt 2019 16:04:00 314 0

Nehrəmdə avtomobillə vurulan piyada xəstəxanada öldü

Nehrəmdə avtomobillə vurulan piyada xəstəxanada ölüb.

Daxili İşlər Nazirliyindən Son.az-a verilən məlumata görə, oktyabrın 13-də saat 17 radələrində Babək rayonunun Nehrəm kəndi ərazisində kənd sakini Cavid Qənbərov idarə etdiyi "VAZ-21074" markalı avtomobillə yolu keçən həmkəndlisi Həkimə İbrahimovanı vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada oktyabrın 15-də orada ölüb.

Babək RPŞ tərəfindən araşdırma aparılır.