Ərdoğan: Ankaranı sanksiyalarla qorxutmaq mümkün deyil


Digərləri 16 Okt 2019 16:03:00 253 0

Ərdoğan: Ankaranı sanksiyalarla qorxutmaq mümkün deyil

Suriyadakı antiterror əməliyyatına görə Türkiyəyə qarşı sanksiya tətbiq etmək niyyətində olan ölkələr bilməlidir ki, Ankaranı bununla qorxutmaq mümkün deyil

Bakı. Rufiz Hafizoğlu - Suriyadakı antiterror əməliyyatına görə Türkiyəyə qarşı sanksiya tətbiq etmək niyyətində olan ölkələr bilməlidir ki, Ankaranı bununla qorxutmaq mümkün deyil. Trend-in məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. O bildirib ki, Türkiyə sanksiyalardan əziyyət çəkməyəcək. "Bəzi ölkələr Ankaraya terrorçularla danışıqlar masasına oturmağı təklif edir. Türkiyə terrorçularla danışıqlar masasına oturmayacaq!”