Fuad Qəhrəmanlı barəsində cinayət işi başlanılıb


Digərləri 16 Okt 2019 13:32:00 34 0

Fuad Qəhrəmanlı barəsində cinayət işi başlanılıb

Azərbaycan Respublikası sosial, hüquqi, iqtisadi, tibbi və digər vasitələrlə uşaqları istismarın bütün növlərindən və təsirlərdən, o cümlədən fiziki və psixi zorakılıqdan mühafizə edir, məişət zorakılığının, onun doğurduğu mənfi hüquqi, tibbi və sosial nəticələrinin qarşısının alınması, zərər çəkmiş şəxslərin müdafiəsi, habelə məişət zorakılığına səbəb olan halların aradan qaldırılması istiqamətində tədbirlər həyata keçirir.

Baş Prokurorluqdan Trend-ə verilən məlumata görə, bu ilin sentyabr ayında Abşeron rayon sakini Qəhrəmanlı Fuad Əli oğlunun yetkinlik yaşına çatmayan qızları Sənay və Selcan Qəhrəmanlıya, eləcə də arvadı Zümrüd Qəhrəmanlıya qarşı zorakılıq edərək onlara iztirablar verməsi barədə Selcan Qəhrəmanlının sosial şəbəkə hesabında və kütləvi informasiya vasitələrində yayılan məlumatlar geniş ictimai rezonansa səbəb olub. Məlumatda Fuad Qəhrəmanlının təxminən 40 dəfə öz ailəsinə qarşı zorakı hərəkətlər etməsi qeyd edilib.

Həmçinin Zümrüd Qəhrəmanlı "YouTube"da yerləşdirilən müsahibəsində əri Fuad Qəhrəmanlının 2010-cu ildə ağır şüşə stəkanla azyaşlı qızı Sənayın dizini sındırdığını, 2013-cü ilin yayında onun barmağını sındırdığını, 2015-ci ilin noyabrında isə ona digər xəsarətlər yetirdiyini, azadlıqda, hətta həbsdə olarkən belə onlara qarşı psixi iztirablar verdiyini bildirib. Z.Qəhrəmanlı qızı Sənayın xəsarətlərini təsdiq edən sənədlərin və fotoşəkillərin olduğunu qeyd edib, həmin hadisələrdən Fuad Qəhrəmanlının təmsil olunduğu partiyanın sədri Əli Kərimli və rəhbərliyində təmsil olunan digərlərinin məlumatlı olmasına baxmayaraq onlar tərəfindən bu şiddətin qarşısının alınması üçün heç bir tədbir görülməməsi, yol verilmiş məişət zorakılığının üstünün ört-basdır edilməsinə cəhd göstərilməsi barədə məlumat verib.

Bundan başqa "facebook" sosial şəbəkəsində Gülnarə Mehdiyeva adlı jurnalist Zümrüd Qəhrəmanlının bədəni üzərində zorakılığın izlərini göstərən fotoşəkillər paylaşıb və Fuad Qəhrəmanlının qızları ilə söhbət zamanı ataları tərəfindən uzun illər ərzində onlara və analarına qarşı olunan zorakılığı etiraf etdiklərinə dair məlumat yayıb.

Həmin faktla bağlı Respublikada fəaliyyət göstərən bir sıra ailə, qadın və uşaq problemləri üzrə qeyri-hökumət təşkilatlarının sədrləri birgə bəyanat yayaraq, öz ailə üzvlərini fiziki və psixi iztirablara məruz qoymuş, onlara əzab vermiş Fuad Qəhrəmanlı barədə ciddi tədbir görülməsini bildiriblər.

Törədilmiş cinayətin azyaşlı və köməksiz vəziyyətdə olan şəxs barəsində törədilməsi xüsusatı nəzərə alınaraq cinayət prosessual qanunvericiliyinin tələbləri əsas götürülməklə Baş Prokurorluq tərəfindən müvafiq araşdırma aparılıb.

Araşdırma zamanı Bakı şəhəri Kliniki Tibbi Mərkəzin qeydiyyat jurnallarına baxış protokolu, təqdim olunmuş sənədlər, izahatlar və digər sübutlarla müəyyən edilmişdir ki, 2004-cü il təvəllüdlü Sənay Qəhrəmanlı 2010-cu ilin yanvarında sağ diz nahiyyəsində travmatik çat (natamam sınıq), travmatik zədə yerində su yığılması və şişkinliklə bağlı müayinə və müalicə olunub, ona tibbi yardım göstərilib. Sənay Qəhrəmanlı 26 sentyabr 2018-ci il tarixdə təkrarən sağ diz nahiyyəsində müayinə olunma zərurəti ilə bağlı həmin xəstəxanaya müraciət etmiş və aşağı ətrafların rentgen müayinəsi keçirilib.

"Yanan zürafə" şəxsi qalereyadan oğurlanıb like
  • 16 Okt 13:29  
Digərləri "Yanan zürafə" şəxsi qalereyadan oğurlanıb

ABŞ-ın San-Fransisko şəhərindəki şəxsi qalereyadan Salvador Dalinin &quo

arrow Ətraflı
Havalar istiləşir like
  • 16 Okt 13:26  
Digərləri Havalar istiləşir

Sabah Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, əsa

arrow Ətraflı
Fuad Qəhrəmanlı barəsində cinayət işi başlanılıb like
  • 16 Okt 13:20  
Digərləri Fuad Qəhrəmanlı barəsində cinayət işi başlanılıb

Cinayətin xarakteri, işin xüsusiyyətləri və hadisələrin Abşeron rayonun

arrow Ətraflı
Emili bikinisi ilə gündəmdə like
  • 16 Okt 13:20  
Digərləri Emili bikinisi ilə gündəmdə

Dünya şörhətli model Emili Ratakovski Instagram paylaşımı ilə gündəm

arrow Ətraflı
"Mastercard” kiber məkandakı konfliktlərdən zərərçəkmişlərə 
yardım edəcək like
  • 16 Okt 13:16  
Digərləri "Mastercard” kiber məkandakı konfliktlərdən zərərçəkmişlərə yardım edəcək

Kiber hücumların artan təsirlərini aradan qaldırmaq üçün yaradılan Kibe

arrow Ətraflı
Almaniya qəzeti Fəridə Rüstəmova haqqında yazır like
  • 16 Okt 13:15  
Kriminal Almaniya qəzeti Fəridə Rüstəmova haqqında yazır

Almaniyanın "Badische Neueste Nachrichten" qəzetində dərc edilən

arrow Ətraflı
UEFA A seriyası klubunu cəzalandırdı like
  • 16 Okt 13:14  
İdman UEFA A seriyası klubunu cəzalandırdı

UEFA Lazio klubunu cəzalandırıb.

arrow Ətraflı
Sabah hava daha isti olacaq - Temperatur 29 dərəcəyə çatacaq like
  • 16 Okt 13:11  
Digərləri Sabah hava daha isti olacaq - Temperatur 29 dərəcəyə çatacaq

Sabah Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, əsa

arrow Ətraflı
Türkiyədə müalicə olunan xalq artistinin hazırkı vəziyyəti  FOTO like
  • 16 Okt 13:11  
Şou-biznes Türkiyədə müalicə olunan xalq artistinin hazırkı vəziyyəti FOTO

Xalq artisti Naibə Allahverdiyeva bir müddət öncə Türkiyədə xəstəxanay

arrow Ətraflı
Zakir Həsənov NATO/SHAPE Tərəfdaşlıq İdarəsinin rəisi ilə görüşüb (FOTO) like
  • 16 Okt 13:03  
Digərləri Zakir Həsənov NATO/SHAPE Tərəfdaşlıq İdarəsinin rəisi ilə görüşüb (FOTO)

Müdafiə naziri Azərbaycanın NATO ilə tərəfdaşlıq əlaqələrinin çoxş

arrow Ətraflı
Azərbaycanda yaxın 5 il ərzində gözlənilən inflyasiya proqnozu açıqlanıb like
  • 16 Okt 13:02  
Digərləri Azərbaycanda yaxın 5 il ərzində gözlənilən inflyasiya proqnozu açıqlanıb

Beynəlxalq Valyuta Fondu (IMF) "Global Economic Outlook" hesabatını

arrow Ətraflı
Bu il 29 qəsəbə, 10 yaşayış massivinə təbii qaz verilib like
  • 16 Okt 12:58  
Digərləri Bu il 29 qəsəbə, 10 yaşayış massivinə təbii qaz verilib

2019-cu ilin yanvar-sentyabr ayları ərzində ümumilikdə 1376,7 km müxtəlif

arrow Ətraflı