Qadınların rahat yaşaması üçün ən yaxşı və pis ölkələr açıqlandı


Digərləri 16 Okt 2019 13:56:00 318 0

Qadınların rahat yaşaması üçün ən yaxşı və pis ölkələr açıqlandı

Təhlükəsizlik, ədalət, ictimai-siyasi və iqtisadi həyatda iştirak - bu üç göstərici əsasında qadınların rahat yaşaması üçün ən yaxşı və pis ölkələrin reytinqi hazırlanıb.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "National Geographic" jurnalı yazıb. 

Siyahıya əsasən, ilk üç yeri Norveç, İsveçrə və Finlandiya tutub. Onluğa, həmçinin Danimarka, İslandiya, Avstriya, Böyük Britaniya və İsveç daxil olub.   

Zərif cinsin nümayəndələrinin yaşaması üçün ən əlverişsiz ölkələr isə Yəmən, Əfqanıstan, Suriya və Cənubi Sudandır.

(adsgarden = window.adsgarden || []).push({});