Ronaldo Messidən 2 dəfə çox gəlir əldə etdi


İdman 16 Okt 2019 12:42:00 306 0

Ronaldo Messidən 2 dəfə çox gəlir əldə etdi

2018-ci ildə instaqram vasitəsilə ən çox qazanc əldə edən şəxslərin siyahısı müəyyənləşib.

Goal.az xəbər verir ki, Juventus-un hücumçusu Kriştiano Ronaldo bu göstəricidə də rəqib tanımır.

Portuqaliya millisinin kapitanı ötən il hər biri 900 min avro dəyərində olan 49 reklam postu yerləşdirib ki, bu da ona ümumilikdə 44,1 milyon avro qazandırıb. Ronaldonun ən yaxın izləyicisi yaşıl meydanlardakı əsas rəqibi Lionel Messidir. Argentinalı hər biri 590 min avro gətirən 36 post paylaşıb. Bunlar ona 21 milyon avro qazandırıb.

Siyahıda ilk "üçlüy"ü 14,4 milyon avro ilə amerikalı supermodel Kendall Cenner qapayıb.