Dehlidən Moskvaya uçan "Aeroflot"un təyyarəsi Daşkənddə təcili eniş etdi


Dünya 16 Okt 2019 12:30:00 271 0

Dehlidən Moskvaya uçan "Aeroflot"un təyyarəsi Daşkənddə təcili eniş etdi

Dehli-Moskva reysi ilə uçan Rusiyanın "Aeroflot" aviaşirkətinə məxsus "А-330" sərnişin təyyarəsi Özbəkistanın paytaxtı Daşkənddə İslam Kərimov adına aeroportda təcili planlaşdırılmamış eniş edib.

Son.az Trend-ə istinadən bildirir ki, faktı hava şirkətindən təsdiq ediblər.

Hava gəmisinin heyəti belə bir qərarı təyyarədəki sərnişinlərdn birinin özünü pis hiss etməsi ilə əlaqədar qəbul edib.

Şirkətdən qeyd ediblər ki, həmin sərnişinin xəstəxanaya yerləşdirilməsi məsələsi həll olunur. Sərnişinlərin yaxın saatlarda reysi davam etdirəcəkləri qeyd edilir.