Elinanın oxuduğu məktəbin direktoruna cəza istənildi


Digərləri 16 Okt 2019 12:36:42 256 0

Elinanın oxuduğu məktəbin direktoruna cəza istənildi

Bu gün Səbail Rayon Məhkəməsində məktəbdə intihar edən şagird Elina Hacıyevanın ölümü ilə bağlı təqsirləndirilən direktor Sevinc Abbasovaya cəza istənilib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, hakim Azər Tağıyevin icraatında olan prosesdə dövlət ittihamçısı çıxış edərək S. Abbasovaya cəza istəyib. O, keçmiş direktorun 3 il 6 ay müddətinə azadlığının məhdudlaşdırılmasını tələb edib.

Amma Abbasova ev dustaqlığında olduğu üçün prokuror 6 ay müddəti çıxılmaqla, yekun olaraq onun 2 il 6 ay müddətinə azadlığının məhdudlaşdırılmasını istəyib.

E. Hacıyevanın ailəsinin vəkilləri bildiriblər ki, istənilən cəza həddindən artıq, gözləniləndən də azdır: "Bu, biabırçılıqdır".

S. Abbasova isə məhkəmədən sonra jurnalistlərə açıqlamasında deyib ki, istənilən cəza ilə razı deyil və bəraət istəyir.