SOCAR Azərbaycanın neft-qaz yataqlarından hasilatın həcmini açıqlayıb


Digərləri 16 Okt 2019 12:21:00 266 0

SOCAR Azərbaycanın neft-qaz yataqlarından hasilatın həcmini açıqlayıb

Bu günədək Azərbaycanın dəniz yataqlarından 1,090 milyard ton neft hasil olunub

Bakı. Ləman Zeynalova - Bu günədək Azərbaycanın dəniz yataqlarından 1,090 milyard ton neft hasil olunub. Trend-in məlumatına görə, bunu SOCAR-ın yataqların işlənilməsi üzrə vitse-prezidenti Yaşar Lətifov Bakıda keçirilən Xəzər Texniki Konfransında deyib. O bildirib ki, dəniz yataqlarından, həmçinin 713 milyard kubmetr qaz hasil olunub: “Eyni zamanda qurudakı yataqlardan 0,979 milyard ton neft və 139 milyard kubmetr qaz hasil edilib”.