Prokuror Elina Hacıyevanın ölümündə təqsirləndirilən məktəb direktoruna cəza istədi


Digərləri 16 Okt 2019 12:28:27 262 0

Prokuror Elina Hacıyevanın ölümündə təqsirləndirilən məktəb direktoruna cəza istədi

Səbail rayon Məhkəməsində orta məktəb şagirdi Elina Hacıyevanın ölümünə səbəb olmaqda təqsirləndirilən 162 nömrəli tam orta məktəbin keçmiş direktoru Sevinc Abbasovanın cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb

Bakı. Samir Əli - Səbail rayon Məhkəməsində orta məktəb şagirdi Elina Hacıyevanın ölümünə səbəb olmaqda təqsirləndirilən 162 nömrəli tam orta məktəbin keçmiş direktoru Sevinc Abbasovanın cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb. Trend-in məlumatına görə, hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı sabiq məktəb direktoruna ev dustaqlığı müddəti nəzərə alınmaqla 2 il 6 ay müddətinə azadlığının məhdudlaşdırılmasını istəyib. S.Abbasova isə barəsində bəraət hökmünün çıxarılmasını istəyib. Proses oktyabrın 18-ə təyin edilib.