Nobelçi fizikdən ŞOK SÖZLƏR: "İnsanlar heç vaxt buna nail ola bilməyəcək"


Digərləri 16 Okt 2019 12:12:00 290 0

Nobelçi fizikdən ŞOK SÖZLƏR: "İnsanlar heç vaxt buna nail ola bilməyəcək"

İnsanlar Günəş sistemindən kənara çıxa bilməyəcək.

Son.az xəbər verir ki, bunu Fizika üzrə Nobel mükafatı alan professor Mişel Mayor deyib.

İlk dəfə Günəş sistemindən kənarda bir planet kəşf edən fizik bildirib ki, insanlar heç vaxt Günəş sisteminin xaricinə köç edə bilməyəcək. Bu fikir axmaqcadır. Çünki Günəş sistemindən kənara çıxmaq yüz milyonlarla gün davam edəcək: "Günəş sistemindən kənardakı planetlər haqqında danışmaq istəyiriksə, bəzi nöqtələr açıq şəkildə deyilməlidir. Bu planetlər çox uzaqdadır. Orada həyatın var olduğuna, ya da insanların yaşaması üçün əlverişli şərait olduğuna dair araşdırma aparılmağa getmək üçün belə böyük zaman lazımdır",- isveçli astrofizik deyib.

Professor qeyd edib ki, insanların Yer kürəsi yaşanmaz hala gəlib çatanda başqa planetə köçmək xəyalları puçdur. Bu haqda açılan müzakirələrə son verilməlidir. Mayor başqa planetlərdə həyatın olub-olmadığı sualına gələcək nəsillərin cavab verməcəyini ümid edir.

(adsgarden = window.adsgarden || []).push({});