Sumqayıtda Lənkəran sakinləri narkotiklə tutuldu


Digərləri 16 Okt 2019 12:02:00 251 0

Sumqayıtda Lənkəran sakinləri narkotiklə tutuldu

Sumqayıtda keçmiş məhkumlardan narkotik vasitə götürülüb.

Bakı. Sumqayıtda keçmiş məhkumlardan narkotik vasitə götürülüb. Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının əldə edilən məlumat əsasında Sumqayıt şəhəri ərazisində keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Lənkəran rayon sakinləri, əvəllər məhkum olunmuşlar - M.Cəfərov və Ş.Əliyev saxlanılıb. Şəxsi axtarış zamanı M.Cəfərovdan 105 qrama yaxın, Ş.Əliyevdən isə 50 qramdan artıq heroin aşkar edilərək götürülüb.