Avtomobili olanlara şad xəbər


Digərləri 16 Okt 2019 10:14:00 275 0

Avtomobili olanlara şad xəbər

Azərbaycanda avtomobil üçün etibarnamə telefonla veriləcək.

Son.az xəbər verir ki, bu barədə "fed.az"a Ədliyyə Nazirliyinin İnformasiya Texnologiyası idarəsinin rəisi Ağakərim Səmədzadə bildirib.

İdarə rəisi bildirib ki, bu yenilik smartfonlarda mümkün olacaq, smartfon sahibləri mobil tətbiq yükləyərək notariusa getmədən etibarnamə verə biləcəklər.

Mobil tətbiqi "App store"dən və ya "Play market" pulsuz yükləmək olar. Tətbiqi yükləyərək qeydiyyatdan keçdikdən sonra vətəndaşın 2007-ci ildən bugünə qədər rəsmiləşdirdiyi bütün notarius sənədləri smartfonda əks olunur.

"Bu mobil tətbiq vasitəsi ilə yaxınlıqda olan notariusu da tapa bilərsiz. Hətta online formada notariusun daxili görüntüsünə 360 dərəcədə baxa bilərsiz.

Ondan başqa rəsmiləşdirmək istədiyiniz əməliyyatın, ödənişi, kimlər iştirak etməlidir, hansı sənədlər tətbiq olunması barədə məlumatlar əldə etmək olacaq" - deyə Ağakərim Səmədzadə bildirib.

(adsgarden = window.adsgarden || []).push({});