Azərbaycanda yaxın 5 il ərzində gözlənilən inflyasiya proqnozu açıqlanıb


Digərləri 16 Okt 2019 10:25:00 219 0

Azərbaycanda yaxın 5 il ərzində gözlənilən inflyasiya proqnozu açıqlanıb

Beynəlxalq Valyuta Fondu Azərbaycanda iqtisadi artımla bağlı proqnozlarını açıqlayıb

Bakı. Beynəlxalq Valyuta Fondu (IMF) "Global Economic Outlook" hesabatının oktyabr sayını geniş ictimaiyyətə təqdim edib. Trend-in məlumatına görə, hesabatda Azərbaycanda iqtisadi artımla bağlı proqnozlar da yer alıb. Fondun ekspertlərinin proqnozlarına görə, bu il Azərbaycanda 2,7 faizlik, 2020-ci ildə isə 2,1 faizlik iqtisadi inkişaf olacaq. Hesabata görə, ölkəmizdə ötən il ÜDM artımı 1 faiz civarında olsa da, 2024-cü ildə 2,4 faizə bərabər olacaq. İstehlak qiymətlərinə gəldikdə isə IMF Azərbaycanda bu il 2,8, 2020-ci və 2024-cü illərdə isə 3 faizlik inflyasiya proqnozlaşdırır. Ötən il isə bu rəqəm 2,3 faizə bərabər olub.