ADU-da “Chuanyan” Çin bayramı qeyd olunub (FOTO)


Digərləri 16 Okt 2019 10:06:53 274 0

ADU-da “Chuanyan” Çin bayramı qeyd olunub (FOTO)

Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda “Chuanyan” – “Əkiz doqquzlar” ənənəvi Çin bayramına həsr olunan tədbir keçirilib.

Bakı. Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda “Chuanyan” – “Əkiz doqquzlar” ənənəvi Çin bayramına həsr olunan tədbir keçirilib. Trend-in məlumatına görə, açılış nitqi ilə çıxış edən Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov bayramın müdrik Fey Çanfanla bağlı mənşəyinin əfsanəsi haqqında danışıb, fəlsəfi məzmunu haqqında ətraflı məlumat verib. Konfutsi İnstitutunun əməkdaşları və ADU-nun tələbələri bildiriblər ki, bayramda əcdadların xatirəsi ehtiramla yad edilir və bayramın simvolu olan beşqatlı tort – “chunyang gao”nun hazırlanır.