Pens Ərdoğanla görüşmək üçün Ankaraya getdi


Dünya 16 Okt 2019 09:24:00 365 0

Pens Ərdoğanla görüşmək üçün Ankaraya getdi

ABŞ vitse-prezidenti Mayk Pens bu gün Suriyadakı vəziyyətin tənzimlənməsi üzrə danışıqlar aparmaq üçün Türkiyənin paytaxtı Ankaraya yola düşür.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti bildirib.

Bildirilir ki, 17 oktyabrda ABŞ vitse-prezidenti Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan ilə ikitərəfli görüşdə iştirak edəcək:

"Görüşdə vitse-prezident Pens, Prezident (ABŞ-ın Donald) Trampın (Suriyada) nizamlanma əldə edilənə qədər Türkiyəyə qarşı sərt iqtisadi sanksiyalarını qüvvədə saxlamasına sadiqliyini təsdiqləyəcəkdir".