Brazıliyada qaz zavodunda partlayış olub: 4 nəfər ölüb


Dünya 16 Okt 2019 08:59:00 304 0

Brazıliyada qaz zavodunda partlayış olub: 4 nəfər ölüb

Braziliyanın şimalında qaz zavodunda partlayış baş verməsi nəticəsində dörd nəfər ölüb.

Trend-in məlumatına görə, bu barədə "G1" portalı bildirib.

Məlumata əsasən, saat 10.00-da oksigen və asetilen istehsal edən bir fabrikdə partlayış baş verib.

Bildirilir ki, balonların doldurulması ilə məşğul olan dörd nəfər həlak olub.