Ağ Ev Pens ilə Ərdoğan arasında görüşünü elan edib


Digərləri 16 Okt 2019 08:34:00 238 0

Ağ Ev Pens ilə Ərdoğan arasında görüşünü elan edib

ABŞ vitse-prezidenti Mayk Pens bu gün Suriyadakı vəziyyətin tənzimlənməsi üzrə danışıqlar aparmaq üçün Türkiyənin paytaxtı Ankaraya yola düşür

Bakı. ABŞ vitse-prezidenti Mayk Pens bu gün Suriyadakı vəziyyətin tənzimlənməsi üzrə danışıqlar aparmaq üçün Türkiyənin paytaxtı Ankaraya yola düşür. Trend-in məlumatına görə, bu barədə Ağ Evin mətbuat xidməti bildirib. Bildirilir ki, 17 oktyabrda ABŞ vitse-prezidenti Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan ilə ikitərəfli görüşdə iştirak edəcək: "Görüşdə vitse-prezident Pens, Prezident (ABŞ-ın Donald) Trampın (Suriyada) nizamlanma əldə edilənə qədər Türkiyəyə qarşı sərt iqtisadi sanksiyalarını qüvvədə saxlamasına sadiqliyini təsdiqləyəcəkdir".