Türkiyə SQ Suriyadakı əməliyyat çərçivəsində 600dən çox terrorçunu zərərsizləşdirib


Dünya 16 Okt 2019 08:12:00 260 0

Türkiyə SQ Suriyadakı əməliyyat çərçivəsində 600dən çox terrorçunu zərərsizləşdirib

Türkiyə Silahlı Qüvvələri "Sülh bulağı" əməliyyatı başlandıqdan bəri 611 PKK / PYD-YPG terrorçusunu zərərsizləşdirib.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə Nazirliyi bildirib.

Bildirilir ki, Fıratın şərqində uğurla davam edən "Sülh bulağı" əməliyyatı zamanı ümumilikdə 611 PKK / YPG terrorçusu zərərsizləşdirilib.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri oktyabrın 9-da Suriyanın şimalında "Sülh bulağı" adı altında hərbi əməliyyatlara başlayıb.