Azərbaycanda doğuşu ağırlaşdıran əsas xəstəliklərin adları açıqlanıb


Digərləri 16 Okt 2019 08:19:00 260 0

Azərbaycanda doğuşu ağırlaşdıran əsas xəstəliklərin adları açıqlanıb

Azərbaycanda keçən il hamiləliyi başa çatmış qadınların təxminən hər dördündən biri anemiyadan (qan azlığından) əziyyət çəkib.

Son.az Trend-ə istinadən bildirir ki, anemiya Azərbaycanda doğuşu ağırlaşdıran və hamiləliyi başa çatan qadınlarda rast gəlinən ən əsas xəstəlikdir.

Ötən il 20 527 (2017-ci ildə 22 435) qadında anemiya doğuşu ağırlaşdıran əsas xəstəlik olub. Bu xəstəlik ondan əvvəlki illərdə də doğuşu ağırlaşdıran xəstəliklər sırasında ilk yeri tutub.

Anemiya həm də hamiləliyi başa çatan qadınlarda ən çox rast gəlinən xəstəlikdir. Ötən il 26 851(2017-ci ildə 27 397) hamiləliyi başa çatan qadında anemiya olub.

Azərbaycanda doğuşu ağırlaşdıran xəstəliklər arasında ikinci yeri tutan proteinuriya, ödemlər və hipertenziv hallarına ötən il 4 769 (2017-ci ildə 6 567) qadında rast gəlinib.

Qadınların 1 353-nün (2017-ci ildə 2 679) doğuşunun ağırlaşmasına ciftin ayrılması ilə əlaqədar olan qanaxmalar, 1 437-nə (2017-ci ildə 2 263) venoz fəsadları xəstəlikləri səbəb olub.

Bununla yanaşı, ötən il Azərbaycanda 444 (2017-ci ildə 703) qadının doğuşunun ağırlaşmasına qan dövranı sisteminin xəstəlikləri, 304-nün (2017-ci ildə198) doğuşunun ağırlaşmasına şəkərli diabet səbəb olub.

(adsgarden = window.adsgarden || []).push({});