NotrDam kilsəsi haqqında serial çəkiləcək


Digərləri 16 Okt 2019 07:48:00 253 0

NotrDam kilsəsi haqqında serial çəkiləcək

Fransanın "Vendome" şirkəti Paris Notr-Dam kilsəsində baş verən yanğın barəsində serial çəkmək qərarına gəlib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, film kilsədə jurnalist tədqiqatları aparmış "The New York Times" qəzetinin məqalələri əsasında çəkiləcək.

Məlumatda bildirilib ki, serial 4-6 hissədən ibarət olacaq. "Vendome"un rəhbəri Filip Ruselle deyib: "Ekran əsərini mümkün qədər faktlara əsaslandırmağa çalışacağıq. Ssenaridə dəyişikliyin olması istisna deyil. Yanğınla bağlı yeni faktlar üzə çıxdıqca filmə əlavə olunacaq".

Xatırladaq ki, Notr-Dam kilsəsində yanğın bu ilin aprelin 15-də baş verib.

(adsgarden = window.adsgarden || []).push({});