Putin və Ərdoğan Suriyadakı vəziyyəti müzakirə ediblər


Dünya 16 Okt 2019 07:21:00 276 0

Putin və Ərdoğan Suriyadakı vəziyyəti müzakirə ediblər

Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan Türkiyə tərəfinin təşəbbüsü ilə keçirilən telefon danışığı zamanı Suriyadakı vəziyyəti müzakirə edilbər.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti bildirib.

Məlumata əsasən, iki ölkənin liderləri Suriyanın şimalındakı vəziyyəti də müzakirə edib:

"Xüsusilə, Türkiyə ordusunun bölmələri ilə Suriya hökumətinin silahlı qüvvələri arasında qarşıdurmaların qarşısını almağın zəruriliyi qeyd edilib".