Azərbaycan nefti ucuzlaşıb


Digərləri 15 Okt 2019 23:59:00 718 0

Azərbaycan nefti ucuzlaşıb

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 14-də 62,25 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,67 dollar/barel azdır.

Son.az Trend-ə istinadən bildirir ki, FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 60,11 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,51 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 53,86 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 5,56 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 59,09 dollar/barel olub, bu da əvvəlki göstəricidən 1,83 dollar/barel azdır.