Bu əlamət necə imamətin nişanəsidir?


Digərləri 15 Okt 2019 23:55:00 361 0

Bu əlamət necə imamətin nişanəsidir?

Minhal Qəssab nəql edir: "Mədinəyə getmək niyyətilə Məkkədən çıxdım və o zaman ki, şəhər qapısına çatdım, eşitdim ki, İmam Sadiq (ə) övlad sahibi olmuşdur. Mən Mədinəyə Həzrətdən (ə) bir gün əvvəl çatmışdım.

İmam (ə) bu əziz övladının dünyaya gəlişi münasibətilə üç gün ehsan verdi. Mən də o kəslərdən idim ki, İmamın (ə) bu süfrəsində əyləşmişdim. Orada yemək yeyəndən sonra o birisi günü yemək yeməyə ehtiyacım olmadı, çünki mədəm dolu idi. Sonrakı günü yenə həmin süfrədən yemək yedim".

Əbu Bəsir nəql edir: "İmam Sadiqin (ə) övladı Həzrət Musa (ə) dünyaya gələn zaman mən Həzrətlə (ə) bir yerdə idim. Əbvada yerə endik və İmam (ə) bizim üçün süfrə açdı. Bu zaman Həmidənin elçisi, İmamın (ə) yanına getdi və dedi ki, Həmidə deyir: "Məndə doğumun əlamətləri meydana gəlmişdir. Özün məndən istəmişdin ki, bu xəbəri sənə verəm ki, bu uşaq başqa  uşaqlar kimi deyildir".

İmam Sadiq (ə) sevindi və bizə tərəf gəldi və təbəssüm etdi.

Biz dedik: "Allah həmişə üzünüzü gülərüz və dodaqlarınızı təbəssümlü etsin. Həmidənin halı necədir?".

İmam (ə) buyurdu: "Allah mənə bir oğlan övladı əta etmişdir ki, onun ən üstün məxluqudur. Həmidə onunla bağlı mənə xəbər göndərmişdi. Xəbərdə deyirdi ki, körpə dünyaya gələn zaman əllərini yerə qoydu və başını səmaya qaldırdı. Mən də ona xəbər göndərdim ki, bu əlamət - imamətin əlamətidir".

Soruşduq: "Sənə qurban olaq! Bu əlamət necə imamətin nişanəsidir?".

İmam (ə) buyurdu: "O zaman ki, cəddimin nütfəsi bağlanmışdı, cəddimin atası yatırmış və onun yanına bir kişi gəlir və əlində bir kasa var idi.

(adsgarden = window.adsgarden || []).push({});