“İrşad” kitabı nədən bəhs edir və etibarlıdırmı?


Digərləri 15 Okt 2019 23:45:00 394 0

“İrşad” kitabı nədən bəhs edir və etibarlıdırmı?

İslam aləmində əsasən iki kitab "İrşad" adı ilə tanınır. Bunlardan biri hicri VIII (miladi XIV) əsrin alimlərindən olan Deyləminin "İrşad əl-qülub" əsəridir. Bu kitab iki hissədən ibarətdir. Birinci hissəsi əxlaq mövzusunda nəsihətləri ehtiva edən 55 babdan ibarətdir. İkinci hissəsi isə Həzrət Əlinin (ə) imamətinin isbatına həsr olunub. Kitabın ikinci hissəsinin Deyləmiyə aid olması mübahisəlidir.

Son.az islam.az-a istinadən bildirir ki, böyük şiə alimi Şeyx Müfidin qələmindən çıxmış o biri kitabın tam adının tərcüməsi belədir: "Allahın öz bəndələrinə hüccətləri barədə irşad (yolgöstərmə)". Adından da göründüyü kimi, bu əsər məsum imamların həyatına həsr olunmuşdur. Şeyx Müfid bu dəyərli əsərdə 12 imamın hər birinin həyatı, əxlaqı, möcüzələri, imamətinin sübutları barədə məlumatlar verir. "İrşad" kitabı həcminin o qədər də böyük olmamasına baxmayaraq, şiə məzhəbində ən mötəbər tarix mənbələrindən biri sayılır. Əsər bir çox dillərə, o cümlədən, Azərbaycan dilinə tərcümə edilmişdir.

(adsgarden = window.adsgarden || []).push({});