İmam Hüseynin (ə) qərar əzəməti və misilsiz igidliyi nədən qaynaqlanırdı?


Digərləri 15 Okt 2019 22:50:00 292 0

İmam Hüseynin (ə) qərar əzəməti və misilsiz igidliyi nədən qaynaqlanırdı?

İmam Hüseyn (ə) böyük əzəmətlərə malik olan misilsiz bir şəxsiyyət idi. Onun əzəmətləri ilə tanış olaq.

1. Qərar verən zaman göstərdiyi əzəmət. İmam (ə) bir işə qərar verəndən sonra onda əzm göstərər və sözündən geri dönməzdi. Heç bir şey onun qərarını süstləşdirə bilməzdi. İmamın (ə) Məkkədən xaric olan zaman söylədiyi xütbədə bu daha aydın görünürdü. Onun söylədiyi xütbənin məkanı elə belə bir məkan deyildi. Bu məkanda görkəmli insanlar, o cümlədən: Ömər ibni Əbdurrəhman, Abdullah ibni Abbas, Muhəmməd ibni Hənəfiyyə, Abdullah ibni Ömər kimi şəxsiyyətlər var idi. Hətta bu kimi insanlar onu qərarından döndərə bilmirlər. Əslində onun söylədiyi bu xütbə istəklərinin cavabı idi.

Bu saydığımız insanlar nə qədər tanınmış insanlar olsa da, İmam Hüseyn (ə) kimi güclü ruha, şüura və əqidəyə malik deyildilər. İmam Hüseyndə (ə) olan əzm onların heç birində yox idi.

Onlar Hüseynin (ə) əzəməti qarşısında baş əyirdilər. Onları kiçik çınqıl daşlarına bənzətmək olurdu ki, güclü külək əsən zaman onları bir tərəfdən başqa tərəfə atardı. Ancaq dağ bu küləkdən təsirlənməz və yerində sabit qalardı.

2. İgidliyində olan əzəmət. İmam (ə) bu məqamda da hamıdan uca zirvədə qərar tuturdu. İmamın (ə) igidlik əzəmətini o zaman daha aydın görmək olurdu ki, düşmən ona və səhabələrinə tərəf ox yağdırırdılar. İmam (ə) da üzünü səhabələrinə tutub buyurmuşdu:"Ayağa qalxın, Allah sizə rəhmət etsin. Çarəsi olmayan ölümü qarşılayın ki, bu oxlar - insanların sizə tərəf göndərdiyidir".

Son.az deyerler.org-a istinadən bildirir ki, səhabələr ayağa qalxır və onlarla vuruşurlar. Bu zaman İmamın (ə) səhabələrinin əksər hissəsi şəhid olur. İmam (ə) əlini mübarək saqqalına çəkir və buyurur: "Allahla elə halda görüşüm ki, öz qanıma bulanmış olam".

(adsgarden = window.adsgarden || []).push({});